Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

  • SpaceTV
  • 24 Noyabr 2020 13:34

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb.

Spacetv.az-ın bankdan əldə etdiyi məlumata əsasən, məqsəd Gəncə şəhərini qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır.      

Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.

Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına kömək edəcək.

Əlavə olaraq bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və ətraf mühitə tullantıların toplanılması zamanı mənfi təsirləri azaldacaq.

Paylaş

 Xəbəriniz olsun