Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları soyğunçuluq edən iki nəfəri saxlayıb.

  • SpaceTV
  • 27 Fevral 2020 13:39

Ağdam sakini 26 yaşlı Əyyub Razimço və Bərdə sakini 23 yaşlı Surxay Həsənov Gəncə şəhər sakini Elnarə Əhmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinirlər. Həmin şəxslər qadını izləyərək yaşadığı binanın qarşısında zor tətbiq etməklə boyun bağını ələ keçiriblər. Bir müddət qonşu binada gizlənən soyğunçular daha sonra yaşadıqları rayona gedsələr də məsuliyyətdən qaça bilməyiblər.

 Artıq soyğunçuluq yolu ilə ələ edilən boyun bağı tapılaraq maddi sübut kimi tanınıb. Saxlanılan Əyyub Razimçonun sözlərinə görə, həmin boyun bağını Bərdə şəhərində cinayət ortağının qohumuna 2300 manata satıblar.

Hazırda hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

EMİN BABAYEV SPACE TV

Paylaş

 Xəbəriniz olsun