Gəncə-Moskva təyyarəsi Volqoqrada məcburi eniş edib

  • Space TV
  • 10 Fevral 2020 14:08

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in Gəncədən Moskvaya uçan J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.

SPACE TV xəbər verir ki,”Buta Airways”dən ” verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun