Gəncə Məscidində oğurluq

  • Space TV
  • 30 Yanvar 2020 16:39

Deyəsən, get-gedə insanlar heç nədən çəkinmir, ən müqəddəs anlayışları belə anlmırlar…Gəncə şəhərində məsciddən oğurluq edilib.

Müqəddəs Quran ilə yanaşı 110 manat pul aparılıb. Gəncə şəhərinin mərkəzində  yerləşən Şah Abbas məscidindən oğurluq edilib. Məsciddən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb. Hadisəni kimin törətdiyi hələ məlum deyil, araşdırma aparılır. Xatırladaq ki, Şah Abbas məscidi XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi bir tikilidir və o, hazırda da məscid kimi fəaliyyət göstərir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun