Gəlin qaynanasını öldürdü

  • SpaceTV
  • 23 Sentyabr 2019 11:53

Dahilərdən biri deyib ki, xoşbəxt olmaq istəyirsənsə,hər şeyə göz yummağı bacarmalısan. İnsan müəyyən qədər göz yummağı bacarsa da, bir gün “səbr kasa”sı dolub daşır. Səbr kasası dolub-daşan insan isə bir gün ağla gəlməyəcək hərəkətlərə belə yol verir. Xətai rayonunda baş verən qətl də elə səbr kasasının son damlası olur. Qətlin qurbanı 70 yaşlı  Valentina Qreçneva olur.

Onun gəlini tərəfindən qətlə yetirildiyi  məlum olub. Hadisə yerində olarkən öyrəndik ki, gəlin qaynanası ilə bir evdə yaşayıb. Bundan əvvəl də qaynana ilə gəlin arasında dəfələrlə dava olub. Bu dəfə isə tərəflərin mübahisəsi ölümlə bitib. Mübahisə zamanı gəlin şüşə butulka ilə qadının başına bir neçə dəfə ağır zərbə endirib.

Hadisə baş verən zaman isə evdə heçkim olmayıb. Mərhumun oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb və dərhal qonşuları köməyə çağırıb. Qonşular gəldikdə qadının öldüyü məlub olub və onlar ərazi üzrə 34-cü polis bölməsinə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər. Ailənin gəlini Mədinə Şıxabdulovanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb. Əməliyyatçılar çox çəkməyib ki, şübhəli şəxs qismində evin gəlinini saxlayıblar. Hadisə yerinə gətirilən Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini deyib.

Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1,  qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onu da öyrəndik ki, gəlinin 3 yaşlı uşağı var. Qaynana isə içki aludəçisi olub.

Odur ki,  çalışın güzəştə getməyi bacarasınız. Bu ailənin bütövlüyü və xoşbəxtliyi üçün başlıca şərtdir.

Hürü Əliyeva Space

Paylaş

 Xəbəriniz olsun