Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb

  • Space TV
  • 13 Oktyabr 2020 16:37

Gələn il 2020-ci ildən daha soyuq ola bilər.

Spacetv.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü İqor Moxov bildirib.

“Bu il El-Nino mərhələsində başladı (Sakit Okeanın ekvatorial hissəsində səth suyunun temperaturunda enib-qalxma, hansı ki, iqlimə kəskin təsir göstərir) və La-Nina mərhələsində (El Ninonun daha soyuq analoqu – red.) sona çatdı. Gələn il, bundan daha soyuq olacağını gözləmək olar”, – deyə Moxov vurğulayıb.

O, həmçinin qeyd edib ki, 2020-dəki kimi illərdə El-Nino və La-Ninanın neytral mərhələdə olduğu illərə nisbətən daha çox ekstremal hava hadisələri olur.

Paylaş

 Xəbəriniz olsun