Gələn il Azərbaycanda dolların məzənnəsi nə qədər olacaq?

  • Space TV
  • 3 Sentyabr 2020 11:40

Makroiqtisadi  sabitliyin  qorunması  məqsədilə  fiskal  və  monetar  siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi  sabit  qalacağını  dəstəkləyəcək.

Spacetv.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, makroiqtisadi  sabitliyin  təmin  olunması  və  həyata keçirilən  iqtisadi  islahatlar,  dollarlaşma  meyllərinin  səngiməsi və  sair  digər  amillər  nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Eyni   zamanda   inflyasiya   səviyyəsinin   tənzimlənməsi   və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli  dövrdə əhalinin  sosial  rifah  göstəricilərinə də müsbət  təsir  göstərəcək.

Paylaş

 Xəbəriniz olsun