Gələn il Azərbaycan dövlət büdcəsinin kəsirinin 1,5 mlrd. manatdan çox olacağı proqnozlaşdırılır

  • Space TV
  • 3 Sentyabr 2020 11:31

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 520,5 mln. manat məbləğində olacağı proqnozlaşdırılır.

Spacetv.az-ın məlumatına görə, bu, 2021-ci il və orta müddətli dövr üçün büdcə göstəricilərində əksini tapıb.

Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.

Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində, xərcləri 25 847,5 mln. manat məbləğində olacağı proqnozlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun