Gələn həftə Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası olacaq

  • Space TV
  • 12 Yanvar 2021 12:25

Yanvarın 18-19-da Tehranda Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Spacetv.az xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşdə bildirib.

O, iclasın da iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Paylaş

 Xəbəriniz olsun