Gədəbəydən mənzildən pul oğurlayan şəxs saxlanılıb

  • Space TV
  • 5 Mart 2020 15:16

Gədəbəy sakini Xəyal Məmmədov rayon polis şöbəsinə ərizə ilə müarciət edərək yaşadıqları mənzildən 3500 manat nəğd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Dərhal zəruri əməliyyat axatrış tədbirlərinə başlayan polis əməkdaşları cinayətin üstünü aça biliblər. Müəyən edilib ki, oğurluq faktını törədən heç də yad adam deyil, Xəyal Məmmədovun həmkəndlisidir.

Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Cingiz İbrahimov əməlini etiraf edərək, bildirib ki, ev sahibi ilə şəxsi ədavəti olduğundan bu işi etmək fikrinə düşüb.  Davam etdirilən əməliyyat tədbirləri ilə o da məlum olub ki, bu onun yeganə naqisliyi deyil.

Əsasən bağlı qapıları hədəf seçən Çingiz İbrahinmovun əməlindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.  Gədəbəy polisi bu istiqamətdə araşdırmalarını davam etdirir.

ZAKİR MURADOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun