Gədəbəydə “ZİL” çaya aşıb: 2 ölü

  • Space TV
  • 23 Noyabr 2019 14:05

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SPACE TV -a verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.

Nəticədə Ş. Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun