Füzulidə minik maşını traktorla toqquşdu: Ölən var

  • Space TV
  • 28 Avqust 2020 10:40

Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Daewoo” markalı minik avtomobili və “T-40” markalı traktor toqquşub.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edilib ki, minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun