Füzulidə düşmənin atıb qaçdığı silah-sursatlar aşkarlandı – FOTO/VİDEO

  • Space TV
  • 9 Mart 2021 16:49

Füzuli rayonunda polis əməkdaşları tərəfindən silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erməni hərbi birləşmələrinə məxsus 6 ədəd avtomat, 2 ədəd pulemyot, 3 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket kompleksi, 4 ədəd əl qumbarası, 726 ədəd müxtəlif növ mərmilər və alışdırıcıları, 8420 ədəd müxtəlif çaplı patronlar, avtomat daraqları və lüləsi aşkar edilərək götürülüb. 

Paylaş

 Xəbəriniz olsun