Futzal millimizin rəqibləri bilindi: Türkiyə yığmamıza rəqib ola bilər

  • Space TV
  • 2 Sentyabr 2020 16:04

Futzal millimizin AVRO-2022-nin seçmə mərhələsindəki rəqibləri bilinib.

Spacetv.az xəbər verir ki, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 3-cü qrupda mübarizə aparacaq.

Komandamız 2-ci qrupda yer almalı olsa da, orada Bolqarıstan – Ermənistan cütünün yer almasına görə 3-cü qrupa salınıb.

Beləliklə, komandamızın rəqibləri Slovakiya, Moldova və Türkiyə – Yunanıstan cütünün qalibi olacaq. 2-11 noyabrda keçiriləcək Türkiyə – Yunanıstan oyunlarından sonra millimizin bu qrupdakı dəqiq rəqibi bilinəcək.

Futzal millimiz Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün qrup qalibi və ya ən yaxşı göstəriciyə malik altı qrup ikincisindən biri olmalıdır. Komandamız ən zəif göstəriciyə malik iki ikinci yerin sahibindən biri olsa, qitə çempionatında növbəti dəfə yarışmaq üçün pley-off matçları keçirəcək.

Millimizin oyun cədvəli bu formada olacaq:

6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021

Paylaş

 Xəbəriniz olsun