Futbolda kütləvi dava: İki komanda bir-birinə girdi

  • SpaceTV
  • 18 Noyabr 2019 13:27

Həştərxanda Rusiyanın futbol üzrə çempionatının ikinci divizionunda yerli “Volqar” və Mahaçqalanın “Legion Dinamo” klubları arasında oyun dava ilə bitib.

Hadisənin videosu “Region Online” portalı tərəfindən yayılıb.REKLAM

Hakimin final fitindən sonra futbol meydanının mərkəzində iki komandanın oyunçuları arasında dava düşüb. Az sonra davaya əvəzedici heyət və komandaların digər üzvləri də qoşulublar.    

Bir neçə dəqiqədən sonra hakimlər aranı sakitləşdirə biliblər və futbolçular meydanı tərk ediblər.

“Volqar” və “Legion Dinamo” klublarının görüşü 1:1 hesabı ilə başa çatıb. “Volqar” 47 xalla turnir cədvəlində birinci yerdədir, dağıstanlılar 24 xalla doqquzuncudurlar.

Paylaş

 Xəbəriniz olsun