Futbolçunun evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

  • SpaceTV
  • 12 Sentyabr 2019 11:19

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.  

Space TV –məlumat verir ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı, Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefon oğurlanmışdı.  

Paylaş

 Xəbəriniz olsun