Futbolçu meydanda buraxdığı səhvə görə döyülərək öldürüldü

  • Space TV
  • 13 Oktyabr 2020 14:11

Futbolçu Çerçill Ovaçi komanda yoldaşlarının hücumundan sonra ölüb.

Spacetv.az xəbər verir ki, bu barədə “Daily Monitor” məlumat yayıb.

Hadisə Uqandada yerli komandalar arasındakı oyundan sonra baş verib. Ç.Ovaçi qola səbəb olan səhvə yol verib. Komanda yoldaşları bu zaman ona hücum etsə də, onları ayırmaq mümkün olub. Oyundan sonra Ç.Ovaçinin yenidən komanda yoldaşları ilə mübahisəsi düşüb və bu mübahisə davaya çevrilib.

Nəticədə futbolçu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib və bir neçə saatdan sonra ölüb.

Faktla bağlı iki nəfər saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun