Futbol üzrə Portuqaliya çempionatının qalibi bəlli oldu

  • SpaceTV
  • 16 İyul 2020 11:00

Futbol üzrə Portuqaliya çempionatında 2019/2020-ci illər mövsümünün qalibi müəyyənləşib. Bu, eyniadlı şəhərin “Portu” klubudur.

Sports.ru xəbər verir ki, Portuqaliya çempionatının 32-ci turunda doğma meydanda “Sportinq”ə 2:0 hesabı ilə qalib gələn “əjdahalar” 29-cu çempionluqlarını rəsmiləşdiriblər.

Bununla da, “Portu” ölkə çempionatının bitməsinə iki həftə qalmış ən yaxın izləyicisi “Benfika”nı səkkiz xal qabaqlayıb.

Paylaş

 Xəbəriniz olsun