Futbol tarixinin ən yaxşı “11-liy”i açıqlandı

  • Space TV
  • 15 Dekabr 2020 12:16

Fransanın məşhur “France Football” nəşri idman tarixinin ən yaxşı futbolçularından ibarət millinin heyətini dərc edib.

“11-liy”in qapısını SSRİ millisinin qapıçısı Lev Yaşin qoruyur. Müdafiənin sağında braziliyalı Kafu, solunda italiyalı Paolo Maldini və mərkəzində almaniyalı Frants Bekkenbauer durur.

Almaniyalı Lotar Mateus ispaniyalı Xavi Ernandes yarımmüdafiənin mərkəzində, braziliyalı Pele ilə argentinalı Dieqo Maradona hücumameyilli yarımmüdafiədə qərarlaşıb.

Argentinalı Lionel Messi hücum xəttinin sağında, portuqaliyalı Kriştianu Ronaldu isə solunda qərarlaşıb. Hücumun mərkəzində isə braziliyalı Ronaldo göstərilib.

Paylaş

 Xəbəriniz olsun