Futbol oynayarkən öldü

  • Space TV
  • 3 Fevral 2020 11:31

Türkiyənin Muğla şəhərində bir şəxs futbol meydançasında ölüb.

“HaberGlobal”ın məlumatına görə, hadisə Menteşe rayonunda baş verib.

55 yaşlı Yüksək Uyğun futbol oynayan zaman qəfil infarkt keçirib. Bu zaman yerə yıxılan şəxs əli ilə yoldaşlarını köməyə çağırıb.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Y. Uyğunun meyiti ekspertizaya aparılıb, onun ölüm anı isə kameraya düşüb.

Paylaş

 Xəbəriniz olsun