Futbol oynamağa gəlmişdi pulunu oğurladılar

  • SpaceTV
  • 3 Oktyabr 2019 19:00

Futbol oynamağa gəlmişdi ancaq  pulunu oğurladılar. Hadisə paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən idman klublarından birində qeydə alınıb. Özəl  şirkətlərdən  birində işləyən  Arif  Məmmədov  şirkətə məxsus 800 manat pulu futbol oynadığı klubda  oğurlatdırıb.

Zərərçəkmiş deyir sözügedən kluba 4 ildir ki, futbol oynamaq üçün gəlirmiş.Oğurluq baş verməmişdən öncə tanımadığı şəxs ona yaxınlaşaraq su istəyib. Suyu yerdən götürən oğru klubun geyinib-soyunma otağınının açarlarına götürə bilib. Arif  Məmmədov deyir ki,  pulunun oğurlandığını isə digər iş yoldaşının pulunun itdiyini eşitdikdən sonra bilib.

Oğurluq anı klubun müşahidə kamerasınında yaddaşına qeyd olunub.Hadisə baş verən  məkana  baş çəkdik. Oğurluğun qeydə alındığı  klubun  rəhbəri bizi içəri buraxmayaraq  çəkliş aparmağımıza mane olmağa çalışdı.

Zərərçəkmişlər hadisə ilə bağlı DİN-nin 102 çağrı xidmətinə və ərazi üzrə Suraxanı rayonu polis idarəsinin 32 polis bölməsinə müraciət edib.Müşahidə kamerasının görüntüləri polisə təqdim olunub.Təəssüf ki, həmin oğurluq hadisəsindən 2 ay keçməsinə baxmayaraq zərərçəkmişə dəymiş ziyan hələ də ödənilməyib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun