Futbol millimizin məşqçilər korpusunun tam heyəti bilindi

  • SpaceTV
  • 11 Avqust 2020 16:30

Futbol üzrə Azərbaycan milli komandasının məşqçi heyəti tam şəkildə bilinib.

Spacetv.az italiyalı Covanni (Canni) De Byazinin baş məşqçisi olduğu heyətin digər üzvlərini təqdim edir:

Köməkçi məşqçilər: Arif Əsədov, Benito Karbone, Klaudio Beluççi

Qapıçılar üzrə məşqçi: Dmitri Kramarenko

Fiziki hazırlıq üzrə məşqçi: Alessandro Skaya

Videoanalitik: Federiko Turitsiani

Qeyd edək ki, Canni De Byazi dünən Bakıya gəlib və Masazırdakı “Əlincə Arena”da “Sabah” – “Qəbələ” (2:0) yoxlama oyununu stadionda izləyib.

O, COVID-19 testi də verib və nəticə neqativ çıxıb. Həmçinin o, oyunu izlədiyi müddətdə sosial məsafə qaydalarına riayət edərək heç kimlə ünsiyyətdə olmayıb.

Paylaş

 Xəbəriniz olsun