Futbol millimizin Fransaya qarşı Sumqayıtda keçirəcəyi oyunun heyəti bəlli oldu

  • Space TV
  • 27 Avqust 2020 12:08

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) heyəti açıqlanıb.

Spacetv.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 22 futbolçuya dəvət göndərib. Yığma komandamız sabahdan etibarən təlim-məşq toplanışına başlayacaq.

U-21 yığmamızın heyətini təqdim edirik: 

Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Turan Manafov (hər ikisi “Səbail”), Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Samir Məhərrəmli, Ozan Kökçü (hamısı “Sabah”), Rauf Hüseynli, Nihad Tamazov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, Rövlan Muradov (hər ikisi “Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Mərt Çelik, Əmrə Kaplan (hər ikisi “Başakşəhər”, Türkiyə), Fərid Nəbiyev (“Viktoriya”, Çexiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Süleyman Əhmədov (hər üçü “Sumqayıt”), Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə).

Qeyd edək ki, altı xalı olan U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da qrup ikincisi Fransa ilə qarşılaşacaq. Tərəflərin ilk görüşündə Fransa millimizi 5:0 hesabı ilə darmadağın edib.

Paylaş

 Xəbəriniz olsun