Futbol millimiz ilk oyununu Bakıda Lüksemburqa qarşı keçirəcək – TƏQVİM

  • Space TV
  • 4 Mart 2020 12:03

UEFA Millətlər Liqasının təqvimi açıqlanıb.

SPACE TV xəbər verir ki, Azərbaycan milli komandasının oyunlarının da vaxtı müəyyənləşib.

C liqasında mübarizə aparacaq yığmamız Monteneqro, Kipr və Lüksemburqla birlikdə I qrupda qüvvəsini sınayacaq. Komandamız ilk oyununu Bakıda Lüksemburqa qarşı keçirəcək. Son oyun da səfərdə bu cırtdan hersoqluq ölkəsinin komandasına qarşı olacaq.

5 sentyabr
18:00 Azərbaycan – Lüksemburq

8 sentyabr
20:45 Kipr – Azərbaycan

9 oktyabr
20:45 Monteneqro – Azərbaycan

12 oktyabr
18:00 Azərbaycan – Kipr

12 noyabr
18:00 Azərbaycan – Monteneqro

15 noyabr
20:45 Lüksemburq – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatı Mərkəzi Avropa vaxtı ilə göstərilib.

Paylaş

 Xəbəriniz olsun