Futbol meydanında faciə: İki idmançı öldü

  • SpaceTV
  • 28 İyul 2020 13:31

Meksikanın paytaxtı Mexiko şəhərində ildırım iki qadın futbolçunun ölümünə səbəb olub, daha üç nəfər xəsarət alıb.

“Universal” nəşri xəbər verir ki, hakim güclü yağış səbəbindən oyunu dayandırıb.

Bu zaman beş idmançı topu götürmək üçün meydançaya qayıdıb. Onlar qazonun üstünə çıxarkən ildırım futbolçuları vurub.

Xəsarət alanlar xəstəxanaya çatdırılsalar da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Zərərçəkənlərdən birinin yetkinlik yaşına çatmadığı qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun