Fuad Oktay: “Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir”

  • SpaceTV
  • 14 İyul 2020 12:03

“Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Biz Azərbaycanla ayrılmaz, ətlə dırnaq kimiyik”.

space tv  xəbər verir ki, bu sözləri Türkiyənin Vitse-prezidenti Fuad Oktay Ermənistan tərəfindən Azərbaycana edilən hücumu qınadığı açıqlamasında deyib.

Vitse-prezident “Twitter” hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir. ‪Hər zaman və hər şərtdə səninləyik, Azərbaycan!”.‬‬‬

Paylaş

 Xəbəriniz olsun