Fransanın dövlət katibi Ermənistanda ikigünlük səfərdədir

  • SpaceTV
  • 27 Noyabr 2020 15:06

Fransanın dövlət katibi Jan-Batist Lemun Yerevana ikigünlük işgüzar səfər edəcək.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər noyabrın 27-28-i sürəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.

Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.

O, Ermənistan rəhbərliyi ilə görüşlər də keçirəcək.

Paylaş

 Xəbəriniz olsun