Fransada tətilə görə Eyfel qülləsi bağlanıb

  • SpaceTV
  • 5 Dekabr 2019 14:46

Fransadakı təqaüd islahatına qarşı həmkarlar ittifaqlarının keçirdiyi tətillə bağlı Eyfel qülləsi bu gün bağlıdır.

SPACE TV xəbər verir ki, bu barədə sözügedən idarənin “Twitter” səhifəsində bildirilir.

Xatırladaq ki, hökumətin təqaüd sistemində böyük kəsiri aradan qaldırmaq üçün tətbiq etdiyi islahat çərçivəsində ayrı-ayrı sahələrin işçilərin tez təqaüdə çıxaraq daha çox təqaüd almasını nəzərdə tutan xüsusi rejimlər ləğv olunur, təqaüd fonduna ödəmələrin müddəti isə uzadılır.

Paylaş

 Xəbəriniz olsun