Fransada son durum: Son 24 saatda 509 insan öldü, ölü sayı Çini keçdi

  • SpaceTV
  • 2 Aprel 2020 11:26

Fransada yeni növ koronavirus səbəbindən həyatını itirənlərin sayı 4 min 32 olub.

SPACE TV xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Baş katibi Cerom Salomon keçirdiyi mətbuat konfransında son 24 saatda virusa yoluxanların sayının daha 4 min 861 nəfər artaraq 56 min 989 olduğunu bildirib. Bunlardan 6 min 17-i vəziyyəti kritik olanlardır.

Son 24 saatda ölənlərin sayı isə 509-dur və bu Fransa üçün ən yüksək göstərici olub. Fransa koronavirus səbəbindən ölənlərin sayında virusun meydana gəldiyi Çini keçmiş olub.

Paylaş

 Xəbəriniz olsun