Fransada nazir koronavirusa yoluxdu

  • SpaceTV
  • 10 Mart 2020 10:13

Fransanın daha bir rəsmi şəxsi koronavirusa yoluxub.

SPACE TV xəbər verir ki, ölkənin Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.

Məlumata görə, hazırda nazirin vəziyyəti sabitdir. Fransada son gün daha 286 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 1 412-yə çatıb.

Məlumata görə, yeni infeksiyaya yoluxanlardan 25-i ölüb. Qeyd edilir ki, koronavirusa yoluxanlardan 66-nın vəziyyəti ağırdır. Xatırladaq ki, Fransa parlamentinin 5 deputatında da koronavirus aşkar edilib.

Paylaş

 Xəbəriniz olsun