Fransada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

  • SpaceTV
  • 8 Aprel 2020 11:42

Fransada koronavirus qurbanlarının sayı on min nəfəri keçib.

SPACE TV  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon bildirib. Onun sözlərinə görə, son sutka ərzində 607 ölüm faktı qeydə alınıb. Bununla da Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 min 328 nəfərə çatıb.

Qeyd edilib ki, hazırda 30 minə yaxın insan xəstəxanada müalicə alır.

Paylaş

 Xəbəriniz olsun