Space.TV bildirir ki, G7 Fransanın “Twitter” səhifəsində, Fransada keçiriləcək G7 sammitinə iştirakçı qismində dəvət olunan ölkələrin adları bəlli olub.
Belə ki, avqustun 24-26-da Fransanın Biarritz şəhərində keçiriləcək sammitə G7-nin daimi üzvü olan ölkələrlə yanaşı, Avstraliya, Hindistan, Seneqal, Cənubi Afrika Respublikası, Çili, Misir, Ruanda, Burkino Faso iştirakçı qismində qatılacaqlar.
Qeyd edək ki, Fransanın quruma prezidentliyi dövründə əsas deviz – “dünyadakı bərabərsizliyə qarşı mübarizə” qəbul olunub.