Fransada həyat dayanıb: 800 min insan küçələrdədir

  • SpaceTV
  • 6 Dekabr 2019 10:32

Ölkənin 250 fərqli nöqtəsində həyata keçirilən aksiyalarda rəsmi məlumatlara görə 806 min, digər məlumatlara görə 1,5 milyon insan iştirak edir.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emanuel Makronun islahatlarına qarşı təşkil olunan aksiyalarda təkcə Parisdə 90 nəfərin həbs edildiyi bildirilib. Şəhərdə 180-i motoskletli olmaqla 6 min polis iş başındadır.

Aksiyalar səbəbindən ölkənin simvolu sayılan Eyfel Qülləsi bağlanılıb, sürət qatarı səfərlərinin böyük qismi təxirə salınıb. Parisdəki orta məktəblərin 80%-in müəllimlər işə çıxmaqdan imtina ediblər. Fransa hava yolları şirkətləri “Air France”, “Transavia” və “Ryanair” aksiyalarla bağlı olaraq çox sayda uçuşu təxirə saldıqlarını açıqlayıblar.

Paylaş

 Xəbəriniz olsun