Fransada futbol yarışları təxirə salınıb

  • SpaceTV
  • 13 Mart 2020 11:35

Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-dən başqa ölkədəki bütün futbol yarışlarını təxirə salıb.

SPACE TV xəbər verir ki, bunda məqsəd koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısını almaqdır.

Federasiya prezidenti Noel Le Qrey açıqlamasında bunu təsdiqləyib: “Fransa liqalarının və bölgələrdəki bütün yarışların dayandırıldığını elan edirəm. Bütün yaş kateqoriyasındakı kişilər və qadınlar arasında, həmçinin həvəskar arasında çempionat, təlim-məşq toplanışları, futbol məktəblərinin məşqi martın 13-dən etibarən qeyri-müəyyən müddətə dayandırılır”.

Liqa1 və Liqa2 federasiyaya tabe olmadığından, qərar bu çempionatlara şamil edilməyib. Ancaq bu yarışlarda da mübarizənin təxirə salınması gözlənilir.

Paylaş

 Xəbəriniz olsun