Fransada aksiyalar dinmir: Bu dəfə də həkimlər küçələrdədir

  • Space TV
  • 18 Dekabr 2019 10:55

Fransada “sarı jiletlilər” və pensiya islahatlarına qarşı aksiyalardan sonra bu dəfə də həkimlər küçəyə axın ediblər.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, aksiyalara qatılan 660 həkim hökümətin ictimai xəstəxanalara zorla tətbiq edilən prosedurları yenidən müzakirəyə çıxarmasını tələb ediblər. Əks halda toplu olaraq istefa edəcəkləri bildirilib.

Hökümətin ictimai xəstəxanalara gələn il 300 milyon avroluq yardım edəcəyinə diqqət çəkən həkimlər xəstəxanaların tam gücü ilə işləyə bilməsi üçün ən az 1,3 milyard avroya ehtiyac lduğunu bildiriblər.

Paylaş

 Xəbəriniz olsun