Fransa televiziyasında yayımlanmış və dərhal İnternetdən sildirilmiş reportaj

  • SpaceTV
  • 28 Oktyabr 2020 13:27

Fransanın France 24 telekanalı Qqarabağda münaqişə bölgəsindən reportaj yayımlayıb və qısa müddət sonra İnternetdən silib.

Spacetv.az xəbər verir ki, reportajda Fransadan Qarabağa, yəni Azərbaycan ərazisinə müharibə üçün gəlmiş erməni əsilli Fransa vətəndaşları danışır.

Fransa vətəndaşları (Sipan Muradyan və Sipan Koroğluyan) niyə Qarabağda Azərbaycan ordusuna qarşı vuruşmalıdırlar ki?

Sipan Mouradian Val-de-Marn departamentinin Alfortville şəhərindəndir. Hazırda Laçın koridorundadır, deyir vuruşmur, ancaq açıq-aşkar hərbi əməliyyatlar üçün iş görür. Digər 15-ə yaxın fransız, amerikan və fələstinli erməni könüllülər ilə bir yerdədir.

Bu reportajı çəkən jurnalist Qarabağda Covid-19-a yoluxduğunu açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun