Fransa sərt karantinə qayıdır: Paris “qırmızı zona” elan edildi

  • Space TV
  • 14 Avqust 2020 13:35

Paris, Marsel və bu şəhərlərin ətraf bölgələri COVID-19-a yoluxma hallarının kəskin artması səbəbindən “qırmızı zona” elan edilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Express” agentliyi məlumat yayıb.

Fərman yerli hökumət qurumlarına şəhər sakinlərinin, nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın hərəkətini məhdulaşdırmaq, ictimai yerlərə, restoranlara, barlara girişi qadağan etmək və ya məhdudlaşdırmaq səlahiyyəti verir.  

Qeyd edək ki, Fransada 209 365 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 30 388 xəstə pandemiyanın qurbanı olub.

Paylaş

 Xəbəriniz olsun