Fransa Qran-prisinin biletləri satışa çıxarıldı

  • Space TV
  • 3 Mart 2021 17:17

“Formula 1” üzrə Fransa Qran-prisinin biletləri satışa çıxarılıb.

Spacetv.az xəbər verir ki, 25 – 27 iyunda keçiriləcək yarış üçün biletlərin qiyməti 199 – 299 avro arasında dəyişir.

Qran-prinin yalnız ilk gününü izləmək istəyən azarkeşlər 199 avro ödəməlidir. İlk 2 gün üçün qiymət 259, tam paket üçün isə 299 avrodur.

Qeyd edək ki, ötən gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2021-ci ildə bütün Qran-prilərin tamaşaçısız keçiriləcəyini açıqlayıb. Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.

Paylaş

 Xəbəriniz olsun