Fransa prezidentinə dekabrda koronavirus xəbərdarlığı edilibmiş

  • Space TV
  • 7 May 2020 14:17

Fransanın Çindəki səfiri Laurent Bili ötən ilin dekabrında Fransa prezidenti Emanuel Makrona koronavirusla bağlı xəbərdarlıq etsə də, prezident virusu ciddiyə almayıb.

SPACE TV  xəbər verir ki, bu barədə “Le Canard Enchaine” qəzetinin xəbər yayımlayıb. Xəbərdə Makronun və Xarici İşlər Nazirliyinin virusu ciddiyə almadığı qeyd edilib:

“Yeni bir koronavirus növünün ortaya çıxdığına dair bilgilər Parisə çatdığında məsuliyyət hiss edən bir prezident maska, test və nəfəs aparatı mövzularında hazırlıq edə bilərdi”.

Qeyd edək ki, bu günə qədər Fransada koronavirusa 174 min insan yoluxub, ölənlərin sayı isə 25 mini keçib.

Paylaş

 Xəbəriniz olsun