Fransa polisi Parisdə türk jurnalisti vurub

  • SpaceTV
  • 6 Dekabr 2019 10:36

Fransada prezident Emanuel Makronun islahatlarına qarşı davam etməkdə olan aksiyalarda 3 jurnalist yaralanıb ki, bunlardan biri də türkdür.

SPACE TV  türk mediasına istinadən xəbər verir ki, türk foto müxbir Mustafa Yalçın polislərin atdığı qaz kapsulunun üzünə dəyməsi nəticəsində yaralanıb. Ona hadisə yerindəcə ilkin tibbi yardım edilib, daha sonra isə xəstəxanaya aparılıb.

Həmçinin aksiyalarda Taha Bohafz və Qaspard Qlanz adlı 2 jurnalist də yaralanıb.

Paylaş

 Xəbəriniz olsun