Fransa parlamentinə İslama qarşı qanun layihəsi təqdim olunub

  • Space TV
  • 10 Dekabr 2020 12:53

Fransa parlamentinə “İslam ekstremizminə” qarşı mübarizə haqqında qanun layihəsi təqdim olunub.

Spacetv.az xəbər verir ki, bu barədə Şərqi Qüdsdə çıxan “Əl-Qüds” qəzeti yazıb.

Ölkənin baş naziri Jan Kasteks bildirib ki, qanun layihəsinin hədəfi dinin sıxışdırılması deyil, azadlıq və demokratiyanın qorunmasıdır.

Qəzet yazıb ki, sənədin belə təqdim edilməsi çox təhlükəlidir və hökumət qınağa tuş gələcəyindən ehtiyatlanır.

Qeyd edək ki, son aylar Fransada İslama və müsəlmanlara qarşı çıxışlar artıb. “Şarl Hebdo” jurnalında İslam peyğəmbəri ilə bağlı təhqiramiz ifadələr və karikaturanın yayılması buna örnək ola bilər.

Paylaş

 Xəbəriniz olsun