Fransa informasiya resurslarına kiberhücumlar

  • SpaceTV
  • 26 Oktyabr 2020 12:26

Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları və Məhəmməd peyğəmbərin karikaturalarının yenidən nəşr edilməsi fonunda bir sıra Fransa informasiya resurslarına kiberhücumlar olub.

Spacetv.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Fransa hökumətinə istinadla xəbər yayıb.

Hakerlər tərəfindən hücuma məruz qalan mənbələrin adları açıqlanmayıb.

Yeri gəlmişkən, Qətər, Küveyt, Əlcəzair, Sudan, Fələstin və Mərakeş də daxil olmaqla dünyanın bir çox ölkəsində Fransa istehsalı olan məhsulları boykot etmək üçün kampaniyaya başlanıb.

Bununla əlaqədar Fransa Xarici İşlər Nazirliyi müsəlman ölkələrindən bu aksiyanı dayandırmağı tələb edib.

Paylaş

 Xəbəriniz olsun