Fransa Afrikada hərbi kontingentini artırır

  • Space TV
  • 8 Fevral 2021 11:09

Fransa Afrikanın antiterror əməliyyatı bölgəsi Saheldə “Takuba” işçi qrupunun artırıldığını elan edib.

Mk.ru xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Florans Parli deyib.

Fransalı nazirin sözlərinə görə, çoxmillətli qüvvənin tərkibinə İsveç hərbçiləri də daxildir.

Fransız mətbuatı yazır ki, İsveç kontingentinin tərkibində xüsusi əməliyyat qüvvələrinin hərbçiləri və helikopterlər də olacaq.

Paylaş

 Xəbəriniz olsun