Fövqəladə vəziyyət elan olunub

  • SpaceTV
  • 30 Avqust 2019 15:50

Ötən gün Atlantik okeanda “Dorian” tropik fırtınasının gücləndiyi məlum olub.   Yerili sinoptiklərin proqnozunda bildirilib ki, qasırğa ABŞ-a məxsus Vircin adalarının hissəsi olan Sankt Tomas adasına yaxınlaşıb. 

Qasırğanın yaratdığı küləyin sürətinin saatda 120 kilometrə çatdığı qeyd edilib. “Dorian” qasırğası ABŞ tarixində ən böyük hadisələrdən biri ola bilər. Florida ştatının qubernatoru Ron De Santis güclü dağıntılara səbəb olması ehtimal edilən qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edib.

Sinoptiklərin bildirdiyinə görə, qasırğa Florida və ya Corciya ştatlarına 3-cü dərəcəli sürətlə (təxminən 180 km / saat) yaxınlaşa bilər. Meteoroloq Çad Myers qeyd edib ki, hətta Şimali və Cənubi Karolina da bunun nəticələrini hiss edəcək: Bütün hallarda “Dorian”ın Amerika materikinə harada və nə vaxt daxil olacağını  söyləmək hələ tezdir”.

Qeyd edək ki, “Dorian” bu mövsümdə baş vermiş sayca dördüncü qasırğadır. 

Paylaş

 Xəbəriniz olsun