Forum 6-8 noyabrda keçiriləcək

  • SpaceTV
  • 15 Avqust 2019 15:22

Azərbaycan Kənd Təsərrüfatı Forumu 6-8 noyabr tarixlərində Oklahoma şəhərində keçiriləcək. Bu, ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur

Forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək. Bu ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur.

Aprel ayında Çikaqoda keçirilən ilk belə forumda Azərbaycanın Kənd Təsərrüfatı Naziri İnam Kərimovun  rəhbərliyi ilə 14 Azərbaycan şirkətinin nümayəndə heyəti və İllinoys ştatının 33 şirkəti iştirak etmişdi. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaratdı.Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək. Oklahoma ABŞ-da çovdarın bir, mal əti üzrə isə ikinci ən böyük istehsalçıdır. Kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7.1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1.9 milyard gəlir gətirir. Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir.

Paylaş

 Xəbəriniz olsun