“Formula 1″in yeni mövsümünün ilk yarışı iyulun 5-i başlaya bilər

  • SpaceTV
  • 4 May 2020 09:48

“Formula 1″in yeni mövsümünün ilk yarışı iyulun 5-i Avstriyada keçirilə bilər.

SPACE TV xəbər verir ki, “Motorsport” məlumat verir.

Bildirilir ki, mövsümün son yarışı isə dekabr ayında Abu-Dabidə baş tuta bilər.

Habelə yeni mövsümdə “Formula 1” Şimali Amerikada da keçirilməlidir. Belə ki, oktyabr ayının sonlarında ABŞ-ın Ostin ştatında və Meksikanın Mexiko şəhərində “Formula 1” mərhələlərinin keçirilməsi planlaşdırılır. Kanada mərhələsinin də oktyabr ayında keçirilməsi mümkündür. Lakin bu barədə müsbət qərarın əsas amili hava şəraiti olacaq.

Qeyd edək ki, mövsümün başlanğıcı koronavirus pandemiyası səbəbilə təxirə salınıb.

Paylaş

 Xəbəriniz olsun