“Formula-1” üçün media akkreditasiyası başlandı

  • Space TV
  • 2 Mart 2021 11:44

Bu gündən etibarən Bakıda keçiriləcək “Formula-1” yarışı üçün media akkreditasiyası başlayıb. 

Spacetv.az-ın xəbərinə görə, media nümayəndələri üçün akkreditasiya prosesi 20 martadək davam edəcək. 

Qeydiyyat onlayn formada Bakı Şəhər Halqasının rəsmi internet səhifəsi vasitəsilə keçiriləcək. 

Qeyd edək ki, bu il 4-6 iyun tarixlərində Bakıda “Formula-1” yarışının keçirilməsi nəzərdə tutulub. 

Paylaş

 Xəbəriniz olsun