“Forbes”: İlon Mask zənginlər reytinqində ikinci yerə çıxdı

  • Space TV
  • 9 Dekabr 2020 14:57

ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin banisi İlon Mask (Elon Musk) dünya zənginlərinin siyahısında ikinci yerə yüksəlib.

Spacetv.az “Forbes”a istinadən xəbər verir ki, 144,7 milyard dollarlıq varidata sahib olan İ.Mask Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun sahibi, 144,3 milyard dollarlıq varidatı olan Bernar Arnonu üçüncü yerə sıxışdırıb. Birinci yerdə əvvəlkitək “Amazon” onlayn alış-veriş portalının sahibi, 185,4 milyard dollarlıq varidat sahibi Cef Bezos qərarlaşıb.

Dördüncü yeri “Microsoft”un təsisçilərindən 118,8 milyard dolların sahibi Bill Geyts, beşinci yeri isə “Facebook” şirkətinin təsisçisi 104 milyard dollarlıq Mark Zukerberq tutur.

Qeyd edək ki, noyabr ayının 23-də İ.Mask “Bloomberg”in reytinqində də ikinci yerə çıxıb. O zaman “Tesla”nın səhmlərinin bahalaşması nəticəsində varidatı 7,2 milyard dollar artaraq 128 milyard dollara çatdığı bildirilmişdi.

Paylaş

 Xəbəriniz olsun