Florida ştatında həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb – FOTO

  • Space TV
  • 16 Dekabr 2020 16:37

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Vətən” həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məqsəd Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır. 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir. 

Paylaş

 Xəbəriniz olsun