Flippində karantin qadağalarına qarşı çıxanlara cəza: Polis maska taxmayan kişini öldürdü

  • Space TV
  • 22 Dekabr 2020 15:55

Filippində maska taxmayan insan qətlə yetirilib.

Spacetv.az “Haber Global”a istinadən məlumat verir ki, Agusan del Norte əyalətində 63 yaşlı kişi polisin maska taxma əmrinə tabe olmayıb.

O, polisə hücum edib və səlahiyyətliləri təhqir edib.

Bu zaman həmin şəxs polisin açdığı atəş nəticəsində öldürülüb.

Qeyd edək ki, Flippin dövlət başçısı Rodriqo Duterte koronavirusla mübarizə çərçivəsində qaydaları pozan şəxslərin silahla vurulacağını demişdi.

Paylaş

 Xəbəriniz olsun